Polisdən qaçan sərxoş sürücünün avtomobili bir neçə dəfə çevrildi - VİDEO

Nəqliyyat TV 23 İyun 2020 | 20:33
OXUNUB: 1787

Rusiyanın Voljsk şəhər polisi, təqibdən qaçan sərxoş sürücünün törətdiyi qəzanın görüntülərini yayımlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Qorodişensk rayonunda qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları yerli sakinlərin sərxoş sürücünün təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına maneə yaratdığı barədə şikayətindən sonra, həmin şəxsin yerini müəyyən edərək təqibə başlayıb.

Təqib, yayınan sürücünün avtomobili yüksək sürətlə idarə etməsi zamanı döngədə aşaraq bir neçə dəfə çevrildikdən sonra başa çatıb. Zərbənin təsirindən avtomobilin ön sərnişin kreslosunda əyləşən 8 yaşlı oğlan salondan uçaraq otluq əraziyə düşüb və ağır xəsarətlər alıb.

Bildirilir ki, sürücü saxlanılan zaman polis əməkdaşlarına müqavimət də göstərib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man