Yol polisi karantin postlarında nəzarəti gücləndirir: rəhbər şəxslər də cəlb olundu - VİDEO - FOTO

İctimai nəqliyyat 23 İyun 2020 | 11:48
OXUNUB: 4249

Azərbaycanın bir çox bölgələrində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində polisin işi daha da genişlənib. Bakı şəhəri ərazisində qurulan karantin postlarında nəzarətin gücləndirilməsi və işin səmərəliliyinin yüksəldilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yeni bir göstəriş verilib. Göstərişə əsasən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri paytaxt ərazisində yol patrul xidmətinin təşkilinə nəzarətin həyata keçrilməsinə cəlb edilib. Bununla əlaqədar olaraq bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində təlimat keçirilib.

Təlimata rəhbərlik edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Fərhad Eyyubov bildirib ki, nəzarət tədbirlərinin gücləndirilməsində məqsəd pandemiya dövründə vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bununla əlaqədar olaraq karantin postlarında nəzarəti həyata keçirən patrul əməkdaşlarına tapşırıqlar və tövsiyyələr verən rəis müavini bildirib ki, vətəndaşlarla son dərəcə diqqətli davranmaq və hər bir sürücü və sərnişini ayrı- ayrılıqda yoxlamaq vacib məsələdir.

Rəis müavininin sözlərinə görə koronavirus pandemiyası dünyaya elan edilməmiş müharibədir və burada hər bir vətəndaşın ciddi mübarizə aparması tələb olunur. Fərhad Eyyubov yol polisi əməkdaşlarına ara məsafəsinə riayət edilməsinin önəmli olduğunu bildirib və eyni zamanda qeyd edib ki, xidmət zamanı əlcək və tibbi maskalardan istifadə edilməsi vacibdir. "Atılan bu addımlar yoluxmanın qarşısının alınması məqsədi daşıyır və hər bir əməkdaşın buna riayət etməsinə nəzarət ediləcək."4

Daha sonra çıxış edən Yol Patrul Xidməti alayının komandiri, polis polkovnik-leytinatı Raif Süleymanov şəxsi heyətə bir sıra göstəriş və tapşırıqlar verib, postlar üzrə bölgünü həyata keçirib. Eyni zamanda Raif Süleymanov onu da bildirib ki, bundan sonra rəhbər şəxslərin nəzarəti altında karantin postlarına ciddi nəzarət olunacaq və hər bir vətəndaşın yoxlanılması, eləcə də sıxlığın qarşısının alınması üçün müəyyən addımların atılması da nəzərdə tutulur.

 

Elməddin Muradlı

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man