Bakıda taksi marşrut avtobusu ilə toqquşub – FOTO

Yol qəzaları 22 İyun 2020 | 19:29
OXUNUB: 1311

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. BNA-dan verilən məlumatına görə, bu gün saat 18:00 radələrində "Veten.Az-Trans" MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli, 99-JU-517 dövlət nömrə nişanlı, "İsuzu B902" markalı avtobusu idarə edən sürücü, Məmmədov Ruslan Ramiz oğlu Puşkin küçəsi ilə hərəkət edərkən əks istiqamətdə hərəkət edən taksi minik avtomobili ilə toqquşub: “Daşıyıcının verdiyi məlumata görə hadisə taksi minik avtomobilinin svetoforun icazə siqnalını nəzərə almadan qəfil sola dönmə əməliyyatı etməsi səbəbindən baş verib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb”.

 

*** saat 18:31

 

Bakıda taksi kimi fəaliyyət göstərən minik avtomobili marşrut avtobusu ilə toqquşub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Səməd Vurğun bağının qarşısında qeydə alınıb. Taksi fəaliyyəti göstərən minik avtomobili ilə 46 saylı marşrut avtobusun toqquşması nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda qəza ilə bağlı araşdırma aparılır. (APA)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man