Rayona gedən 200 sürücü məsuliyyətə cəlb olunub

İctimai nəqliyyat 22 İyun 2020 | 16:26
OXUNUB: 1263

Bakıdan sürücülərin karantin postundan gizli çıxmasının qarşısını almaq məqsədilə qazılan torpaq yolu dolduraraq rayonlara getməyə cəhd edən 200-ə yaxın sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, karantin postlarından gizli keçmək məqsədilə torpaq yolun qazılmış hissəsini doldurub ərazidən çıxmağa cəhd edən şəxslər müəyyən edilib: "Həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər. Artıq bundan sonra həmin torpaq yolların qazılmasına da ehtiyac yoxdur. Çünki həmin yollarda texniki vasitələr işə salınıb və karantin postundan kənar yollarla rayonlara keçmək istəyən şəxslər müəyyən edilərək saxlanılacaq".

Xatırladaq ki, Bakı-Ələt yolunda karantin postu quraşdırılan alternativ yol qazılaraq avtomobillərin gizli yolla keçməsinin qarşısı alınıb. Bəzi sürücülər həmin torpaq yolun qazılmış hissəsini dolduraraq bu yolla rayonlara gedib. (Trend)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man