Cəlilabad rayonunda piyadanın ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə iyunun 19-da saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Üçtəpə kənd sakini R.Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Elşad İmanovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man