Sosial şəbəkələrdə rayonlara üz tutan sürücülərin yenidən torpaq yollardan istifadə etmələrini əks etdirən görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, bu dəfə sürücülər yollarda qazılmış quyularla qarşılaşıblar. Amma həmin quyuları dolduraraq ordan keçməyə cəhd göstəriblər.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, həmin sürücülər saxlanılıb və barələrində müvafiq olaraq karantin qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb olunub. "Bir daha bildiririk ki, həmin yollar xüsusi kameralar vasitəsilə müşayət altındadır. Həmin kameralar vasitəsilə qayda pozan sürücülər müəyyən olunur. Odur ki, sürücülər özlərinə əziyyət verməsinlər. Lakin kimlərsə yenidən bu qaydanı pozmağa cəhd etsələr onlar barəsində karantin qaydalarının pozulmasına görə ağırlaşdırıcı hallar tətbiq olunacaq."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man