Sürücü karantin postunda şou göstərib qaçdı, tutulanda "peşmanam" dedi - VİDEO

İctimai nəqliyyat 21 İyun 2020 | 14:10
OXUNUB: 9246

Ötən gün Quba istiqamətində yerləşən karantin postunda gərgin anlar yaşanıb. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər sakini Əli Hüseynov idarə etdiyi “Chevrolet” markalı, 99 KE 822 dövlət nömrə nişanlı avtomobillə karantin postundan geriyə qaytarılıb. Lakin sürücü anidən avtomobili ərizidə xidmət aparan yol polis inspektoru Elvin Xankişiyevin üzərinə sürüb və maşında əyələşən valideynlərinin həyatını təhlükəyə ataraq yüksək sürətlə ərazidən uzaqlaşıb.

Dərhal yol polisi və Post-patrul xidmətinin əməkdaşları qaçan şəxsin axtarışına başlayırlar. Sürücü Hüseynov Əli Xaləddin oğlu az sonra yaxalanıb. O, İnzibati Xətalar Məcəlləsinin 332.3, yəni nəqliyyat vasitəsinin idarəetmə hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
Əli Hüseynov ifadəsində deyib ki, iyunun 20-də Quba istamətində gedərkən polis əməkdaşları onu saxlayıblar. O polisin tələbinə tabe olmayıb və bu əməlinə görə peşimandır. Ə.Hüseynov etdiyi hərəkətə görə polisdən üzr istəyib.

 

Musa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man