İki “VAZ” toqquşdu; 5 nəfər öldü - FOTO

Yol qəzaları 20 İyun 2020 | 21:00
OXUNUB: 2660

Rusiyanın Nijeqorodsk əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 19-da axşam saatlarında “Nijniy Novqorod - Saratov” trasının 74-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, 25 yaşlı sürücü, idarə etdiyi “VAZ-2115” markalı avtomobillə, yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “VAZ-2111”lə toqquşub.

Zərbənin təsirindən hər iki maşın yararsız vəziyyətə düşüb.

Qəza nəticəsində 4 nəfər hadisə yerində, 1-i isə xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man