Bakı-Qazax yolun Yevlax rayonundan keçən hissəsində yük maşınlarının təhlükəli hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yolun sağ və sol zolaqlarında yanaşı hərəkət edən sürücülər sanki yarışa çıxıblar. Arxadan gələn sürücülər üçün də təhlükə yaranıb.
Qeyd edək ki, magistral yollarda avtomobillər yolun sağ zolağı ilə hərəkətdə olmalı, yalnız zəruri ötmə əməliyyatı edən zaman sol zolaqdan istifadə etməlidirlər. Yük maşınları isə sağ zolaqla hərəkət edə bilərlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man