Ötən həftə Quba istiqamətdə sürücülərin torpaq yolla keçməyə cəhd göstərməsinə qarşı tədbirlər həyata keçirilib. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı- Quba yolunun 52-ci km-də qurulmuş postun ətrafındakı 14 km əraziyə şöbənin əməkdaşları nəzərət edir. Sürücülərin sui-istifadə hallarına yol verməməsi torpaq yollarda da işlər aparılıb. Xüsusi texnika vasitəsilə yollar keçilməz vəziyyətə gətirilib. Eyni zamanda nəzərət daha da gücləndirilib.
Yol polisi vətəndaşlara müraciət edərək bildirir ki, verilən tövsiyyələr və qərarlara ciddi şəkildə əməl etsinlər. Eyni zamanda icazəsi olan şəxslərə hər hansı məhdudiyyət yoxdur. Amma icazə olmadan postlardan keçməyə cəhd edənlərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.
Hazırda torpaq yolla keçməyə cəhd edən sürücülər geri qaytarılır.Lakin karantin qaydalarını pozanlar birmənalı şəkildə yol polisi tərəfindən cərimə olunacaq. Avtosfer.az ərazidən çəkilmiş videogörüntüləri təqdim edir:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man