Bakı, Sumqayıt və Abşerondan rayonlara gedən şəxslərə XƏBƏRDARLIQ

İctimai nəqliyyat 19 İyun 2020 | 19:39
OXUNUB: 1878

"Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tətbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir". Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər:  "Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər,  DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq.  İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər.  Daha ailə üzvləri və qohumları buraxılmayacaq.  Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq.  Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man