“Apteçka”da kifayət qədər tibbi ləvazimat olmalıdır - Sürücülərin NƏZƏRİNƏ

Nəqliyyat xəbərləri 19 İyun 2020 | 18:41
OXUNUB: 5358

İlkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsinin məqbul hesab olunmaması və dərmanların avtomobildə saxlanması şəraitinin onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir. Avtosfer.az-ın xəbərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti haqqında” qanuna və həmin qanuna 1 saylı əlavəyə nəzərdə tutulan dəyişiklik layihəsində bildirilir.

Layihədə yazılıb ki, bunu nəzərə alaraq, ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar, dərman vasitələri nəzərdə tutulmalıdır.

Layihəyə əsasən, həmin sənədlərdəki “dərman qutuları” sözləri “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunur.

Nəqliyyat vasitəsi deyərkən avtobus, minik və yük avtomobilləri, təkərli traktor nəzərdə tutulur.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılıb. Sənəd parlamentin plenar iclasına tövsiyə edilib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man