Yeni Zelandiyada naməlum şəxs yol hərəkəti qaydalarını tənzimləyən polis əməkdaşlarına atəş açıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident iyunun 19-da Oklend şəhərində qeydə alınıb.
Məlumata görə, Messi rayonunda naməlum şəxs asayiş keşikçilərinə bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçarkən avtomobillə ətrafdan keçən təsadüfi şahidi vurub. Olay nəticəsində 2-si polis zabiti olmaqla, 3 nəfər xəsarət alıb. Lakin, “The New Zealand Herald” nəşri məlumat verib ki, ağır yaralanan asayiş keşikçilərindən biri xəstəxanada dünyasını dəyişib.
Digər polisin səhhəti orta ağır qiymətləndirilir.
Hazırda rayon ərazisi polis tərəfindən mühasirəyə alınıb, məktəb və bağçalar bağlanıb.
Cinayətkarın axtarışları davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man