Bakıda su borusu partladı, asfalt çökdü - YENİLƏNİB + VİDEO

Yol qəzaları 18 İyun 2020 | 17:17
OXUNUB: 799

“Azərsu” ASC Bakıda afalt örtüyünün çökməsi ilə bağlı məsələyə münasibət bildirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, Baksol yolunda böyük bir kollektor xətti partlayıb:

“Hazırda çökmüş hissədə iş aparılır. Çökən əraziyə yeni dəmir borular yerləşdirilir”.

13:57

Bakıda afalt örtüyü çöküb.

Hadisə Dərnəgül şosesi, Baksol yolunda baş verib.

Asfaltın çökməsi ilə yanaşı, su borusu da partlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:

“Həmin ərazidə diametri 1200 millimetr olan yüksək təzyiqli kanalizasiya xətti keçir. Həmin kanalizasiya kollektorunda qəza baş verib.

Nəticədə, kanalizasiya suyu ətrafa yayılmağa başlayıb və yolun torpaq yatağını yuyub-aparıb, asfalt çöküb”.

“Hazırda “Azərsu” ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Qəza tam aradan qaldırıldıqdan sonra bizim qurum yolun bərpası mümkün olacaq”, - deyə qurum rəsmisi qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man