Karantin postunu torpaq yolla keçən 1000 sürücü cərimələndi, 3-ü həbs edildi

Nəqliyyat xəbərləri 18 İyun 2020 | 17:10
OXUNUB: 5258

Ötən həftənin sonlarında karantin postlarını torpaq yolla keçərək rayonlara gedən sürücülərlə bağlı araşdırmalar davam edir. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində minə yaxın sürücü aşkar edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manatdan 200 manatadək cərimə edilib.

Bundan başqa, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün 3 sürücü inzibati qaydada həbs edilib. Kamran Əliyev onu da əlavə edib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirirlir. Karantin postunu torpaq yolla keçən daha bir neçə sürücü barəsində inzibati qaydada tədbir görüləcək.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man