Bakıda yol qəzası ilə bağlı istintaq tədbirləri davam etdirilir. Hadisə paytaxtın Suraxanı rayon ərazisində qeydə alınıb.
Belə ki, Elnur Mirzəyev etibarnamə əsasında idarə etdiyi “Tofaş” markalı avtomobil yolun kənarında yerləşən beton dirəyə çırpılıb. Nəticədə 1987-ci il təvəllüdlü Natiq Kazımov hadisə yerində ölüb, Fazil Fərruxzadə isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. (“Report”)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man