Rusiyanın Tula əyalətində marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyunun 17-də “Aleksinsk” şosesində qeydə alınıb.
Məlumata görə, “162-K” marşrutu üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu, sürücünü idarəetməsindən çıxaraq dəmiryol körpüsünün beton dirəyinə çırpılıb.
Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man