Yük maşını bağbanları daşıyan mikroavtobusla toqquşdu:1-i ağır, 8 yaralı - FOTO

Yol qəzaları 17 İyun 2020 | 13:14
OXUNUB: 1010

Türkiyənin Muğla əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza Bodrum rayonunda qeydə alınıb. Bu barədə “DHA” agentliyi məlumat yayıb. 

İddiaya görə, Mustafa Özdaş idarə etdiyi yük maşını ilə hərəkətdə olarkən, qəfildən qarşısında irəliləyən minik avtomobilinin sürücüsü əyləcə basdığına görə zolaq dəyişdirib və bundan sonra qarşıdan gələn yol kənarında işləyən işçiləri daşıyan mikroavtobusla toqquşub.

Hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man