Türkiyənin Ərzincan əyalətində iki minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 16-da saat 11:00 radələrində Üzümlü rayonunda qeydə alınıb.
Məlumata görə, 34 BA 9408 qeydiyyat nömrə nişanlı “Renault” markalı minik avtomobilinə, eyni istiqamətdə hərəkətdə olan 24 AAL 017 qeydiyyat nömrə nişanlı eyni adlı minik maşını çırpılıb. Zərbənin təsirindən 34 BA 9408 qeydiyyat nömrə nişanlı avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man