Türkiyənin Ərzincan əyalətində sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə iyunun 15-də Kəmaliyə rayonunda qeydə alınıb.
Məlumata görə, Trabzondan Elazığa gedən 62 yaşlı Məhmət Dilin idarə etdiyi sərnişin mikroavtobusu, hərəkətdə olan zaman “Şırzı” körpüsünün girişində idarə etmədən çıxaraq “Fırat” çayına düşüb.
İçərisində 8 nəfərin olduğu nəqliyyat vasitəsində, 3 sərnişin çayda gəzinti səfəri edən qayıq işçiləri tərəfindən xilas edilib.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Xilasedicilərin apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin cəsədi mikroavtobusun salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sürücü Məhmət Dilin axtarışları isə davam etdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man