“Hyundai”la piyadanı vurub qaçan sürücü saxlanılıb - Sumqayıtda

Yol qəzaları 15 İyun 2020 | 14:25
OXUNUB: 730

Sumqayıtda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə iyunun 12-də saat 20 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində baş verib.

Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Məzahir Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man