Goranboyda güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO

Yol qəzaları 13 İyun 2020 | 11:04
OXUNUB: 873

Güclü külək irigövdəli ağacı avtomobilin üzərinə aşırıb. 

Avtosfer.az  xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.

Qəfil güclənən küləyin təsirindən iri tut ağacı rayon sakininə məxsus VAZ markalı avtomobilin üzərinə aşıb.

Hadisənin baş verdiyi vaxt avtomobilin salonunda sürücü və sərnişin olmayıb. Aşan ağac nəqliyyat vasitəsinə ciddi ziyan vurub. 

Hadisədən sonra həmin ərazidə avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb.

Sakinlər bildirib ki, külək bir neçə dəqiqə davam edib. Ardından Goranboya güclü yağış yağıb. 

Qeyd edək ki, külək eyni küçədə iki ağacı aşırıb. Aidiyyəti qurumlar irigövdəli ağacları yoldan götürərək, hərəkəti bərpa edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man