Bakı-Sumqayıt şossesində yük avtomobili qəza törədib, xəsarət alan var - FOTO

Yol qəzaları 13 İyun 2020 | 09:00
OXUNUB: 799

Abşeron rayonunda yük maşını yol-nəqliyyat hadisəsi törədib. Qəza Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb. Elman Ağaməmmədov idarə etdiyi "DAF" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Sürücünün APA-ya verdiyi məlumata görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.

Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələndiyindən avtomobilin yanacağı yola dağılıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man