Bakıda sərnişin avtobusu qəzaya uğradı, xəsarət alanlar var

Yol qəzaları 13 İyun 2020 | 07:48
OXUNUB: 597

Bakının Nərimanov rayonunda avtobus qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Z.Bünyadov və Atatürk prospektlərinin kəsişməsində 211 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun qəfil təkəri partlayıb.

İdarəetmədən çıxan avtobus səkiyə çırpılıb. Qəza zamanı avtobusdakı sərnişinlər - 1957-ci il təvəllüdlü Mirzəxanova Dilarə Cəlil qızı və 1977-ci il təvəllüdlü Allahyarova Bikə xəsarətlər alıb. 

Yaralılar D.Mirzəxanova hər iki ayağının topuq sümüklərinin sınığı, B.Allahyarova dizinin sınığı diaqnozları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man