Sabunçu rayonu, Pirşağı qəsəbəsində “Chevrolet Cruze” markalı avtomobil ilə törədilən qəza zamanı əhali abonentlərini təbii qazla təmin edən diametri 108 mm olan aşağı təzyiqli qaz kəməri zədələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, qaz sızmasının qarşısının alınması və qəzanın fəsadlarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man