Balakəndə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər Balakən sakini hadisə yerindəcə dünyasını dəyişib. Daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Ölən şəxslərin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man