Bakıda ağır qəza, 5 nəfər xəsarət aldı

Yol qəzaları 09 İyun 2020 | 01:08
OXUNUB: 1276

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Avtosver.az xəbər verir ki, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Məmmədli Hüseyn Novruz oğlu, 1991-ci il təvəllüdlü Mayılov Cəbrayıl Fərahim oğlu, 1999-cu il təvəllüdlü Umudov Orxan Həsən oğlu, 2000-ci il təvəllüdlü Əhmədov Ruslan Elşən oğlu və 17 yaşlı Zeynallı Əkbər Əbülfəz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H. Məmmədliyə burun əzilməsi və bədənin küt travması, C. Mayılova ayağın sınması, O. Umudova kəllə-beyin travması, baş-beyin əzilməsi, R. Əhmədova burun əzilməsi və Ə. Zeynallıya sol bazunun çıxığı, bədənin çoxsaylı sıyrıntı diaqnozları qoyulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man