Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpünün yanında qeydə alınıb.
Sürücü Bəşirov İbrahim idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, rayon sakini, 1971-ci il təvəllüdlü Yusifov Vüqar Rəşid oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man