"BMW" “Shagman”la toqquşub yandı - QARADAĞDA - VİDEO

Yol qəzaları 05 İyun 2020 | 00:11
OXUNUB: 1182

Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub. Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

***

Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Səngəçal qəsəbəsində BMW markalı minik avtomobili “Shagman” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən BMW alışıb. Hadisə zamanı minik avtomobilinin orta yaşlı qadın sərnişini və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları yanğından ərazidə olan şəxslər xilas edə biliblər.

Əraziyə yol polisi əməkdasları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man