Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə iyunun 3-də saat 21 radələrində Xalac kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man