Pakistanda qəzaya uğrayan sərnişin təyyarəsinin pilotu xəbərdarlığa məhəl qoymayıb

Yol qəzaları 04 İyun 2020 | 11:43
OXUNUB: 618

Mayın 22-də qəzaya uğramış “Pakistan Hava Yolları” (Pakistan International Airlines) aviaşirkətinə məxsus “Airbus 320” sərnişin təyyarəsinin pilotu eniş əsnasında təlimatı pozub.

Avtosfer.az xəbər verir ki, bu barədə “News International” nəşri Pakistanın Mülki Aviasiya İdarəsinin hesabatına istinadən xəbər yayıb.

Sənəddə qeyd olunur ki, “Airbus 320” təyyarəsi eniş üçün nəzərdə tutulan uçuş sürətini və hündürlüyü pozub.

Dispetçer nöqsanlar barədə təyyarənin pilotuna iki dəfə xəbərdarlıq etsə də, o, enişi həyata keçirməkdə israr edib.

Qeyd edək ki, “Pakistan Hava Yolları” şirkətinə məxsus “Airbus 320" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 sərnişin və səkkiz ekipaj üzvü olmaqla, 107 nəfər həlak olub

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man