Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var

Yol qəzaları 03 İyun 2020 | 20:53
OXUNUB: 1166

Neftçala rayonunda yol qəzası baş verib. Hadisə Neftçala-Salyan avtomobil yolunun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2115” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2115”də olan Neftçala rayon sakinləri - 1978-ci il təvəllüdlü Abdullayev Səməd Mirələkbər oğlu və 1978-ci il təvəllüdlü Mənəfov Sadiq Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man