ABŞ-ın Kaliforniya ştatında yüngül mülki “Bell 206” tipli vertolyotun qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, hadisə Feyrfild şəhərində qeydə alınıb.
Bu barədə iyunun 2-də “NBC” telekompaniyası məlumat yayıb.
Telekompaniyanın məlumatına görə, hava gəmisi elektrikötürücülərinə ilişib və avtomobil yolunun yaxınlığındakı meşəlik əraziyə düşüb. Qəzadan sonra vertolyot alışıb. Yanğın yerinə cəlb edilən yanğınsöndürmə briqadaları alovu mühafizə ediblər.
Bundan əlavə, yanğınsöndürmə maşınlarından biri təpəlik yerdə idarəetmədən çıxaraq aşıb, burda 3 yanğın mühafizəçisi xəsarətlər alıb.
Bildirilir ki, helikopterin göyərtəsinə yerli qaz şirkətinin əməkdaşları olub.
İnsident zamanı 38 min insan elektrik enerjisiz qalıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man