Puerto-Rikoda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 2-də San-Xuan şəhərində qeydə alınıb. Bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, aeroportdan qalxan təyyarə şəhər buxtasındakı yaxtaların birinin dirəyinə ilişərək yerə düşüb.
Bildirilir ki, hava gəmisinin göyərtəsində 3 nəfər olub. Onlardan biri xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. O, hazırda həkim nəzarəti altındadır.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man