Göyçayda 4 avtomobil toqquşdu; xəsarət alanlar var - FOTO

Yol qəzaları 03 İyun 2020 | 08:20
OXUNUB: 985

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb.

Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "VAZ 2106", 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ 21014", 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi "Mersedes Sprinter" markalı yük avtomobilləri toqquşub.

Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa 2 nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yenicə baş verdiyi üçün digər 2 yaralının adı hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man