ABŞ-ın İllinoyas ştatında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, hadisə Karlinvilla şəhərindən 5 kilometr aralıda yaşayış evlərinin yaxınlığında qeydə alınıb. Bu barədə iyunun 1-də “Associated Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hazırda qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Bildirilir ki, dünyasını dəyişənlərin 1-i pilot, 3-ü isə sərnişindir.
Nəqliyyatda Milli Təhlükəsizlik İdarəsi faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man