“Reno” dayanacağa çırpılaraq aşdı; sürücü yaralandı, dayanacaq isə... - FOTO

Yol qəzaları 31 May 2020 | 21:00
OXUNUB: 1244

Türkiyənin Antalya əyalətində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza mayın 31-də Muratpaşa rayonunun “İsmet Gökşen” küçəsində qeydə alınıb.

Məlumata görə, Arif Öksüz idarə etdiyi 01 SU 825 qeydiyyat nişanlı “Renault” markalı avtomobillə hərəkətdə olarkən, naməlum səbəblərdən sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi avtobus dayanacağına çırpılıb. Zərbənin təsirindən “Renault” aşıb, dayanacaq isə yararsız vəziyyətə düşüb.

Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə xilasetmə, polis və “təcili tibbi yardım” briqadasının əməkdaşları gəlib.

Qəza nəticəsində Arif Öksüz ağır vəziyyətdə, “təcili tibbi yardım”ın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man