Daha bir dəhşətli qəza xəbəri Şirvandan gəldi - ölən və xəsarət alan var - FOTO

Yol qəzaları 30 May 2020 | 17:27
OXUNUB: 1702

Şirvanda baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi  “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.

Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Sürücü yüngül xəsarət alıb.

Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.

Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man