Bakıda gənci maşın vurdu, sürücü hadisə yerindən qaçdı
Yol qəzaları30 May 2020 | 00:24
OXUNUB: 9445
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. Hadisə “8-ci kilometr” bazarının qarşısında qeydə alınıb. 1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkimlərinin APA-ya verdiyi məlumata görə, yaralının vəziyyəti stabil-ağırdır.