“Taksi” ilə toqquşan avtobus aşdı; 11 nəfər xəsarət aldı - FOTO

Yol qəzaları 29 May 2020 | 21:00
OXUNUB: 1930

Türkiyənin Karaman əyalətində avtobusun və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza mayın 29-da səhər saatlarında Yeni Məhəllə Bələdiyyə qovşağında qeydə alınıb.

Məlumata görə, içərisində külək elektrik stansiyasının işçilərinin olduğu, R.Y.-nın idarə etdiyi  70 FP 615 qeydiyyat nömrə nişanlı “İSUZU” markalı avtobus, qovşaqda A.B.-nin idarə etdiyi 70 T 0132 qeydiyyat nömrə nişanlı “taksi” ilə toqquşub. Zərbənin şiddətindən avtobus aşıb.

Hadisə nəticəsində “İSUZU”dakı 11 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar. Onların səhhətlərinin sabit olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man