Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunun 20 yaşlı qapıçısı Marçin Bulka Polşada yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 28-də axşam saatlarında Vışoqrud şəhəri yaxınlığında baş verib. Bu barədə “L’Équipe” məlumat verib.
Məlumata görə, 20 yaşlı qapıçı idarə etdiyi “Lamborghini” markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirən zaman qəfildən sükan idarəetməsini itirib və bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.
Bildirilir ki, qəza nəticəsində futbolçuya heç nə olmayıb, ancaq “Hyundai”ın sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man