Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man