Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. DİN mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də saat 11.00 radələrində Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobil ilə, yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurub.
Xəstəxanaya yerləşdirilən qadın ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man