Türkiyədə Şimal Çevrə avtomagistralında TIR qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Rəşadiyə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “DHA” agentliyi məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan 34 DF 6528 qeydiyyat nömrə nişanlı plastik yeşik yüklü TIR, sürücüsü Uğur Bayırın qəfildən sükan idarəetməsini itirməsi ilə dəmir baryerlərə çırpılaraq hündürlükdən uçuruma yuvarlanıb.
Qəzanı görən sürücülər polis, xilasetmə və təcili tibbi yardım briqadasına zəng ediblər.
Yaralı sürücü yük maşınının kabinəsindən çıxarılaraq ambulansla xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man