Bu gecə paytaxt Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub.
Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır. (“Report”)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man