Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Muradova Nərgiz Nəriman qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.