Türkanda "Nissan" aşdı; 1 ölü, 1 yaralı

Yol qəzaları 23 May 2020 | 11:50
OXUNUB: 1019

Bakıda 1 nəfərin ölümü, 1 nəfərində xəsarətalması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü paytaxt sakini Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarına aşıb. Qəza nəticəsində S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man