Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nərimanov rayonunda qeydə alınıb. Əbu Bəkr məscidinin yaxınlığında 1963-cü il təvəllüdlü Adıgözəlova İradə Əlirza qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək və qarnın küt travması diaqnozları qoyulub. ("Report")
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man