Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man