Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı - VİDEOlar (Yenilənib II)

Yol qəzaları 22 May 2020 | 20:40
OXUNUB: 1088

“Pakistan International Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsinin  qəzaya uğraması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Bol news” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, təyyarənin düşdüyü ərazidə 5 ev və bir neçə avtomobil məhv olub.

Sind əyalətinin səlahiyyətlilərinin bildirdiyinə görə, qəza zamanı ən azı 2 nəfər sağ qalıb.

Araşdırmalar davam edir.

 

<><><><><><><>19:35<><><><><><><>

 

“Pakistan International Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsinin  qəzaya uğraması nəticəsində azı 35 nəfərin həlak olduğu məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə “Doon” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarənin qəzaya düşdüyü yerdən 35 nəfərin cəsədi şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.

Həmçinin bildirilir ki, ərazidə yaşayan 25-30 arası sakin yaralı vəziyyətdə tibb məntəqələrinə aparılıb.

Sərnişin siyahısına görə, göyərtədə 51 kişi, 31 qadın, 9 yetkinlik yaşına çatmayan uşaq və 7 heyət üzvü olub.

Qeyd edək ki, bundan əvvəl “The Nation” nəşri məlumat yaymışdı ki, Lahor-Karaçi reysi ilə uçan təyyarədən azı 32 nəfər sağ çıxıb və xəstəxanaya yerləşdirilib.

 

<><><><><><><>14:55<><><><><><><>

 

“Pakistan International Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Karaçi şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “GeoTV” telekanalı məlumat yayıb.

Məlumata görə, göyərtəsində 91 sərnişin və 7 heyət üzvü olan təyyarə Pəncab əyalətinin Lahor şəhərindən Karaçi aeroportuna uçurmuş. 

Bildirilir ki, hava gəmisi yaşayış evlərinin üzərinə düşüb və qəzadan sonra yanğında baş verib.

Hələlik ölənlərin sayı barədə dəqiq məlumat verilmir.

Hadisə yerinə hərbçilər və xilasedicilər cəlb edilib.

 

Namiq Musayev

 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man